14 iyun 2024 at 18:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85509061
T T
0 Persons
İranın BMT-dəki nümayəndəliyi Yəmən Ənsarullah Hərəkatının gəmiləri hədəf almasına kömək etmək iddiasına reaksiya verib

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi Tehranın Qırmızı dənizdə gəmiləri hədəfə almaqda Yəmənə kömək etməklə bağlı iddiaya reaksiya verib.

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi “Associated Press” xəbər agentliyinin İranın Yəmən Ənsarullah Hərəkatına Qırmızı dənizdəki gəmiləri hədəfə almaqda yardım etməsi ilə bağlı iddiasına cavab olaraq deyib: “Amerika Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzərində hərbi gücə və siyasi üstünlüyə malik olmaqla, Yəmənin müqavimət hərəkatını təcrid və məğlub edə biləcəyini düşünür. (Bu iddianı irəli sürməkdə Amerikanın) məqsədi odur ki, ya İran qorxub Ənsarullahla əlaqəni kəssin, ya da Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq qətnaməni pozan mövqedə dayansın.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .